Binәli Yıldırım: '' Bu qiyamçılar  ən ağır  şəkildə etdiklərinin hesabını verəcәklәr’’

Türkiyәnin Baş naziri  Binәli Yıldırım  Fәtullahçı terror təşkilatı (FETÖ)-nun  çevriliş cəhdi ilә әlaqәdar  bildirib ki: ‘‘Әsgər geyimində olan bu qiyamçılar  ən ağır  şəkildə etdiklərinin hesabını verəcәklәr’’

531452

 Baş nazir Yıldırım  Ankaranın   Kızılay meydanında  ‘FETÖ’’-nun  çevriliş cәhdini  etiraz etmək məqsədilə toplanan vətəndaşlara müraciət edib.

Çıxışı zamanı xalqa: ‘‘Siz iyulun 15-dә çevriliş cәhdini yox edәn  vә millәtin sәsini dünyaya çatdıran  әziz Türk millәtinin övladlarısınız’’ deyәn Yıldırım vәtәndaşların ‘‘edam istәyirik’’ sözlәrinә   mesajı aldıqlarını  bildirib.

Xalqa  bomba, güllə, tank, tüfənglə hücum edənlərin Türk əsgəri olmayacağını  vurğulayan  Yıldırım belә deyib: ‘‘ Bunlar geyiminə  bürünmüş   cinayətkarlardır, terrorçulardır və bunlar etdiklәrinin hesabını әn ağır şәkildә verәcәklәr. Çevrilişә cәhd edәnlərlə  şərəfli Türk ordusunu qarışdırmayın. Heç narahat olmayın  bunlar  gec-tez etdiklərinin hesabını verəcəklər".

Yıldırım iyulun 15-dәn sonra  heç bir şeyin əvvəlki kimi olmayacağını vurğulayaraq  bu günün demokratiya bayramı olduğunu və bayramın doya doya qeyd olunmasını istəyib.

 Vətəndaşlara gündüz işə getmək, axşam isə  meydanlarda növbəyə davam etmәlәri ilә әlaqәdar çağırış edәn Yıldırım: ‘‘Bunların kökünü kәsәnәdәk bizә yuxu haramdır’’ deyә bildirib.

Әlaqәli Xәbәrlәr