“Bu virusları təmizləmə dövrü davam edəcək”, R.T.Ərdoğan

İstintaq qarşısında bu təşkilatın adamları indi tək-tək çözülür. Hal-hazırda minlərlə adam nəzarətdədir.

531233
“Bu virusları təmizləmə dövrü davam edəcək”, R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dedi: “Ölkənin birliyi, bütövlüyü və qardaşlığına dözə bilməyənlər 15 iyulda dövləti ələ keçirmə hərəkətini silahlı hücuma çevirdilər”.

  İstanbulda 15 iyul şəhidləri üçün Fatih Camidə təşkil edilən cənazə mərasimindən sonra həyətdə toplanan yüz minlərə səsləndi.

  Ərdoğan ölkənin dörd bir yanında olan bütün vətəndaşlara hadisə gecəsi etdiyi müraciətə səs verdikləri üçün razılığını bildirdi, təşəkkür etdi və: “Sizin meydanlara gəlməyiniz sayəsində Feto-nun atdığı addım püskürdüldü”, - dedi.

  Daha sonra Ərdoğan bu sözləri söylədi: "Bu ölkədə qanunvericilik orqanı vardır, icra aparatı var, məhkəmə var. Bunlar (Fetoçular) bu orqanları bir-birinə vurmağa çalışdılar, amma bacara bilmədilər. İstintaq qarşısında bu təşkilatın adamları indi tək-tək çözülür. Hal-hazırda minlərlə adam nəzarətdədir… Dövlətin bütün qurumlarında bu virusları təmizləmə dövrü davam edəcək… Bəd xassəli xərçəng hüceyrələri yayılmayacaq… “Gələcəyik” dedik, tam mənasıyla gəldik”.



Әlaqәli Xәbәrlәr