Bu tanklar onlara əmanət edilib və onlar bu əmanətə xəyanət etdilər: R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin Silahlı Qüvvələri daxilində azlıq təşkil edən bir qrupun xalqın silahıyla xalqı vurduğunu deyib.

530290

Marmarisdən İstanbula gələn Ərdoğan Atataürk Hava limanında minlərlə vətəndaş tərəfindən qarşılanıb. Dövlət başçısı burada verdiyi açıqlamada çeviriliş cəhdinin uğursuz olduğunu vurğulayıb. “Dik duracağıq, xalqımız da bizim üçün dik durmalıdır. Səbrli olaq”-deyə bildirib.

Dövlət başçısı bu bizə Allahın böyük lütfüdür, bu hadisə Türkiyə Silahlı Qüvvələrinin şəffaflığını təmin edəcək-deyə vurğulayıb. Ərdoğan bildirib ki, cevirilişə cəhddə iştirak edənlərin saxlanılmasına başlanılıb.

Türkiyənin dövlət başçısı vurğulayıb ki, onların silahlı terror təşkilat olduğu bu hadisə ilə təsdiqləndi. Bu tanklar onlara aid deyil, bu tanklar onlara əmanət edilib və onlar bu əmanətə xəyanət etdilər-deyə Rəcəb Tayyib Ərdoğan təəssüflə qeyd edib.

Rəcəb Tayyib Ərdoğan Marmarisdə qaldığı otelin o ayrıldığdan sonra bombalanmasıyla bağlı da məlumat verib.  

Әlaqәli Xәbәrlәr