TSQ-nın terrorla mübarizəsində hüquqi zəmanət qanunu təsdiqləndi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin terrorla daha güclü mübarizəsi məqsədi ilə hüquqi zəmanəti təmin edən qanunu təsdiqləyib.

528857

Silahlı qüvvə terrorla mübarizədə vəzifəsinin icrası zamanı qanuna zidd gedərsə və buna dair iddia cinayəti təsdiqlənərsə, o, hərbi cinayətkar sayılacaq.

Vəzifənin yerinə yetirilməsi zamanı Türkiyə silahlı qüvvələrinə aid hər bir şəxs və digər məmurlar dövlət rəsmilərinin qərar və  fəaliyyətlərinə dair təzminat iddiaları yalnız dövlət əleyhinə açıla biləcək.

Baş Qərargah rəisi və komandirlərin vəzifələri ilə bağlı cinayət törətdikləri iddiasına dair istintaq icazəsi baş nazirə həvalə edilib.

Digər şəxsi heyət üçün Milli Müdafiə naziri və Daxili İşlər nazirinin icazəsi gərəkdir.

Hüquqi müdafiə qanunundan müvəqqəti və könüllü mühafizəçilər də faydalana biləcək.

Әlaqәli Xәbәrlәr