PKK terror təşkilatına növbǝti zǝrbǝ endirilib

PKK-nın quldur başçılarından Fəthi şarlatan öldürülüb.

529107
PKK terror təşkilatına növbǝti zǝrbǝ endirilib

Separatçı terror təşkilatı PKK-nın quldur başçılarından “Sabri Başkale” lǝqǝbli Fəthi şarlatan, İraqın Şimalında yerlǝşǝn Metina bölgəsinə tǝşkil edilǝn əməliyyat zamanı yaralanıb.

Hərbi mǝnbǝlǝrdǝn ǝldǝ edilǝn məlumata görə, 28 Mayda İraqın şimalındakı Metina bölgəsinə istiqamətli əməliyyat zamanı Daxili İşlər Nazirliyinin “axtarılan terroristlər” siyahısında yer alan separatçı terror təşkilatının quldur başçısı şarlatan yaralanmış vǝ bölgədəki xəstəxanada yerlǝşdirilmişdi. Mǝlumata tǝhlükǝsizlik qüvvǝlǝrinin xəstəxanada da izlədiklǝri yaralı quldurbaşçısı hǝlak olub.

Qeyd edǝk ki, Son 3 ildə xüsusilə Cənub-Şərqi Anadoludakı şǝhǝr vǝ qǝsǝbǝlǝrdǝ bomba yerlǝşdirilmǝsi vǝ hǝr tǝrǝfdǝ çuxurların qazılması planını hazırlayan Şarlatana istiqamətli əməliyyatın uğurla nǝticǝlǝnmǝsi, təşkilat üzvləri arasında da panika vǝ qorxu yaranmasına sǝbǝb olmuşdur.

 



Әlaqәli Xәbәrlәr