Ö. Çelik ABŞ-ın müstəqilliyinin 240-ci ildönümü münasibətilə təşkil edilәn ziyafətdə iştirak edib

Avropa İttifaqı üzrә nazir Ömәr  Çelik, Paris, London və Berlin nə qədər tәhlükәsiz   isə Ankaranın da o qədər tәhlükәsiz  olduğunu bildirib.

528848
Ö. Çelik ABŞ-ın müstəqilliyinin 240-ci ildönümü münasibətilə təşkil edilәn ziyafətdə iştirak edib

Avropa İttifaqı üzrә nazir Ömәr  Çelik, Paris, London və Berlin nə qədər tәhlükәsiz   isə Ankaranın da o qədər tәhlükәsiz  olduğunu bildirib.

Ömər Çelik  Amerika Birləşmiş Ştatlarının  Türkiyədəki Səfiri Con Bass və xanımı Holly Bassın ev sahibliyindә  səfirlik iqamətgahında ABŞ-ın müstəqilliyinin 240-ci ildönümü münasibətilə təşkil edilәn ziyafətdə iştirak edib.

Ömәr  Çelik  tәdbirdә   jurnalistlərə verdiyi açıqlamada: ‘‘Paris, London, Berlin nә qәdәr tәhlükәsiz  isә  Ankara da o qәdәr tәhlükәsizdir. Terror  bütün dünyanı eyni anda tәhdid edәn problemdir. Buna qarşı edilәcәk әn yaxşı şey  gördüyümüz işi  vә  normal hәyatımızı davam  etdirmәkdir’’ deyib.

Çelik çıxışı zamanı   tarix boyu yaxın  müttəfiq olan ABŞ və Türkiyənin bu gün strateji tərəfdaş kimi güclü əlaqələrini davam etdirdiyini qeyd edәrәk: "Son dövrdə Suriyadan Ukraynaya, Yaxın Şərqdən Şimali Afrikaya qədər regionumuzda cərəyan edən hadisələr artan terror təhdidi ilə qeyri-müntəzəm miqrasiya kimi getdikcə böyüyən problemlər Türkiyə və ABŞ-ın hər sahədə əməkdaşlığını  güclәndirib’’ deyib.

 ABŞ-ın Ankaradakı  səfiri Con Bass  dә öz növbәsindә  bildirib ki: "Demokratik cəmiyyətimizin dayağını  təşkil edən təməl azadlıqları qorumaq üçün sәylәr  göstәrmәliyik. ABŞ  bütün bu mәsәlәlәrdә  Türkiyədəki dostlarını dəstəkləməyә  davam edәcәk’’  deyib.



Әlaqәli Xәbәrlәr