Türkiyədən bir heyət Rusiyanın dəvətinə görə bu ölkəyə gedəcək

Cari il noyabrın 24-də baş verən tǝyyarǝ böhranından sonra gərginləşən Türkiyə-Rusiya əlaqələrində normallaşma prosesi davam edir.

528621
Türkiyədən bir heyət Rusiyanın dəvətinə görə bu ölkəyə gedəcək

Cari il noyabrın 24-də baş verən tǝyyarǝ böhranından sonra gərginləşən Türkiyə-Rusiya əlaqələrində normallaşma prosesi davam edir. Həmin çərçivədə Türkiyədən bir həyət Rusiyanın dəvətinə görə bu ölkəyə gedəcək.

Mədəniyyət, Nəqliyyat və Daxili İşlər Nazirliyindən nümayəndə heyəti iyulun 14-ü (sabah) Rusiyada olacaq.

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Türkiyə və Rusiyadan rəsmilər iyulun 14-də Moskvada turizm mövzusunda görüş keçirəcəklər. Rusiya Federasiyası rəsmilərinin dəvətinə görə reallaşacaq ziyarətin məqsədi iki ölkə arasında turizm sahəsindəki əməkdaşlıq və əlaqələrin müzakirə edilməsidir.

Yığıncaqda Rusiya ilə çarter səfərlərinin  yenidən başladılması üçün görülən hazırlıqlar, turistlərin təhlükəsizliyi və bununla bağlı görülən tədbirlərlə turizm sahəsindəki münasibətlərin gələcəyinə dair  yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi məqsədilə fikir mübadiləsi aparılacaq.



Әlaqәli Xәbәrlәr