“Terrorla mübarizədə Türkiyənin yanındayıq”, Bərzani və Boykov

Türkiyənin Baş naziri Binəli Yıldırımın İraq Kürdüstanı Regional hökumətinin Baş naziri Nəçirvan Bərzani və Bolqarıstanın Baş naziri Boyko Borisovla telefon danışığı olub

525869
“Terrorla mübarizədə Türkiyənin yanındayıq”, Bərzani və Boykov

  Binəli Yıldırım DAEŞ və PKK başda olmaqla digər terror təşkilatlarıyla mübarizədə Türkiyə və İraq birliyinin zəruriliyini vurğulayıb.

  Telefon söhbəti zamanı Nəçirvan Bərzani Binəli Yıldırımı Ramazan Bayramı münasibətilə təbrik edib və Atatürk Hava Lımanında törədilmiş terror hadisəsindən dərin kədər duyduğunu dilə gətirib. Bərzani, eyni zamanda, Türkiyəyə bu günədək İraq Kürdistanı Regional Hökumətinə dəstəyə görə minnətdarlığını bildirib, terrorla mübarizədə Türkiyə ilə tam həmrəy olduğunu söyləyib.

  Telefon danışığında əsasən iqtisadi, ticarət və enerjilə bağlı məsələlər müzakirə edilib, ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Hərtərəfli əlaqələrin bundan sonra da inkişafına dair həyata keçirilən işlərin sürətləndirilməsi danışılıb.

  Türkiyənin Baş naziri bolqarıstanlı həmkarı ilə də telefonla danışıb. Əsas müzakirə mövzusu Bolqarıstanda yaşayan türklər olub. B.Yıldırım soydaşlarının hüquq və rifahının təminində Bolqarıstan hökumətinin işini müsbət qiymətləndirərək bunun ikitərəfli əlaqələrə yaxşı təsir etdiyini vurğulayıb. Bolqarıstanın Baş naziri Boyko Borisov bunun üçün müvafiq və zəruri tədbirlərin həyata keçirilməsinə bundan sonra da davam edəcəklərini deyib. İki  ölkə arasında nəqliyyat və ticarət sahəsinin daha da genişləndirilməsi üçün qarşılıqlı səylərin artırılmasının vacibliyi vurğulanıb. Xarici düşmən qüvvələri və ekstremizmə qarşı birgə mübarizənin də yüksək səviyyədə olduğunu bildirən Bolqarıstanın Baş naziri Atatürk Hava Lımanında terror aktı zamanı həyatını itirənlərələ bağlı da başsağlığı verib. Ölkəsinin terrorla mübarizədə Türkiyənin yanında olduğunu vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr