R.T.Ərdoğan:''Terrorla mübarizə tədbirləri daha da gücləndirilib''

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bayram namazını İstanbulun Ataşəhərdəki “Memar Sinan” məscidində qılıb.

523968
R.T.Ərdoğan:''Terrorla mübarizə tədbirləri daha da gücləndirilib''

Türkiyənin dövlət başçısı  Rəcəb Tayyib Ərdoğan bayram namazını İstanbulun Ataşəhərdəki “Memar Sinan” məscidində qılıb. Namazdan sonra jurnalistlərə müsahibəsində Ərdoğan Atatürk Havalimanında törədilən terrorla bağlı son vəziyyətə aydınlıq gətirib. Bildirib ki, hadisəylə əlaqədar tutulananların sayı 30-a çatıb. Həbs edilənlər vasitəsiylə əsas qüvvələrin izinə düşəcəklərini deyən dövlət başçısı təəssüflə bildirib ki, Dağıstan, Qırğızıstan, Tacikistan, bir sözlə Şimali Qafqaz ölkələrindən də terror təşkilatlarına qoşulanlar var. Son terror hadisəsinə dair məlumatlar isə DAEŞ-a aparır.

Rusiya ilə əlaqələrə də toxunan Rəcəb Tayyib Ərdoğan həmkarı Vladimir Putinlə Soçidə keçiriləcək G-20 toplantısı çərçivəsində görüşəcəklərini bildirib.

Misirlə əlaqələrə dair isə Ərdoğan: “Misirlilərlə problemimiz yoxdur, problem liderlərlədir” deyə vurğulayıb. Bildirib ki, Misirdə günahsız insanların edamını qəbul etməyəcəyik.

Səudiyyə Ərəbistanıda törədilən terror aktını da qınayan Türkiyə dövlət başçısı deyib ki, hücumun kimlər tərəfindən həyata keçirildiyi hələ dəqiqləşməyib, lakin böyük bir fəlakətin qarşısı alınıb.



Әlaqәli Xәbәrlәr