R.T.Әrdoğan: ‘İraqın üzüntüsünü әn yaxşı anlayan ölkә Türkiyәdir’’

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İraqda  törәdilәn  terror aktının  sәbәb olduğu üzüntünü  ən yaxşı anlayan ölkәnin Türkiyә olduğunu bildirib.

523398
R.T.Әrdoğan: ‘İraqın üzüntüsünü әn yaxşı anlayan ölkә Türkiyәdir’’

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İraqda  törәdilәn  terror aktının  sәbәb olduğu üzüntünü  ən yaxşı anlayan ölkәnin Türkiyә olduğunu bildirib.

 R.T.Әrdoğan  İraqın paytaxtı Bagdadda  törәdilәn hücum ilә әlaqәdar verdiyi yazılı açıqlamada, dost və qardaş  İraqda baş verәn  hücumları lәnәtlәdiyini bildirib.

 R.T. Ərdoğan bu xain hücum nәticәsindә  həyatını itirənlərin ailələri  vә  bütün İraq xalqına bassaglıgı  verib.

 Hər zaman oldugu kimi  bu çәtin  gunlerində də İraq xalqının yanında olduqlarını qeyd edən Ərdoğan: ‘‘İraqda törәdilәn terror aktının  sәbәb olduğu üzüntünü әn yaxşı başa düşәn ölkә Türkiyәdir. Qanlı terror tәşkilatı DEAŞ qısa müddәt әvvәl ölkәmizdә  dә 45  dinc sakinin hәyatını itirmәsinә  sәbәb olan xain terror aktı hәyata keçirdi. Bu terror tәşkilatı  İslam adından  istifadә edәrәk müsәlmanlara qarşı döyüşür. İslama zәrәr verәn bu qanlı tәşkilata qarşı  birgә mübarizә aparılmalıdır'’ deyә bildirib.

Türkiyәnin  Baş naziri  Binali Yıldırım da İraqlı hәmkarı  Heydər әl-İbadi ilә telefon әlaqәsi saxlayaraq  başsağlığı verib .

 İraqın ərazi bütövlüyünün vacib olduğunu ifadə edən Yıldırım  terror təşkilatı DEAŞ-ı ‘‘Bәla’’ olaraq adlandırıb.



Әlaqәli Xәbәrlәr