“Axan qanı dayandırmaq üçün…” B.Yıldırım

Terrorçuları “insan öldürməyə nizamlanmış maşın” adlandırıb Binəli Yıldırım

522532
“Axan qanı dayandırmaq üçün…” B.Yıldırım

  Türkiyənin Baş naziri Binəli Yıldırım terroru dəstəkləyən ölkələri xəbərdar edərək bir gün terror bəlasının onları da vuracağını söyləyib.

  Baş nazir Hatay bölgəsində iftarda olub. Çıxışı zamanı İstanbulda yaşanan terror hücumunu xatırladan Yıldırım dünya ictimaiyyətinə səslənərək terrora qarşı bütünlüklə mübarizə edilməsi çağırışı edib.

  Terrorçuları “insan öldürməyə nizamlanmış maşın” adlandıran Binəli Yıldırım deyib: "Bütün dünyaya səslənirik. Bir gün göz yumduğunuz, malaladığınız ölüm maşınları sizi də yox edər. Bütün insanlar terror qarşısında dimdik dayansa, o zaman dünyada da sabitlik olar, Türkiyədə də… Axan qanı dayandırmaq üçün biz Türkiyə olaraq üzərimizə düşəni, əlimizdən gələni etməyə davam etməkdəyik."



Әlaqәli Xәbәrlәr