“Әlaqǝlǝr sadǝcǝ iki ölkǝyǝ deyil, geniş bir coğrafiyaya tǝsir edir”

Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu Tükiyǝ-Rusiya ǝlaqǝlǝrinin sadǝcǝ iki ölkǝyǝ yox, geniş bir coğrafiyaya tǝsir etdiyini bildirib.

521866
“Әlaqǝlǝr sadǝcǝ iki ölkǝyǝ deyil, geniş bir coğrafiyaya tǝsir edir”

Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu Tükiyǝ-Rusiya ǝlaqǝlǝrinin sadǝcǝ iki ölkǝyǝ yox, geniş bir coğrafiyaya tǝsir etdiyini bildirib.

Qara dǝniz İqtisadi Әmǝkdaşlıq Tǝşkilatının yığıncağında iştirak etmǝk mǝqsǝdi ilǝ Rusiyanın Soçi şǝhǝrindǝ olan Mövlud Çavuşoğlunun Rusiyada çapdan buraxılan “Kommersant” qǝzetindǝ mǝqalǝsi dǝrc olunub.

Çavuşoğlu mǝqalǝdǝ yazıb ki, 2015-ci il noyabrın 24-dǝ baş verǝn xoşagǝlmǝz hadisǝdǝn sonra ǝlaqǝlǝrdǝ yaranan mǝnfi proses milyonlarla insana öz tǝsirini göstǝrdi. Türkiyǝ ortaya qoyduğu tǝsisedici mövqeyini aylarla davam etdirdi. Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan, Baş nazir Binǝli Yıldırım vǝ mǝnim özüm Rusiyada qeyd olunan Milli Gün münasibǝti ilǝ rus hǝmkarlarımıza tǝbrik mesajı göndǝrdik. Bununla da Türkiyǝnin ǝlaqǝlǝri bǝrpa etmǝk istǝdiyini tǝsdiqlǝdik.

Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu mǝqalǝsindǝ bildirib ki, Dövlǝt başçısı Әrdoğan Rusiya prezidenti Vladimir Putinǝ göndǝrdiyi mǝktubda rus pilotun ailǝsinǝ başsağlığı verdi vǝ artıq lazım gǝlǝn addımları ataraq yeni başlanğıcın vaxtı olduğunu ifadǝ etdi.

Xarici İşlǝr naziri mǝqalǝdǝ iki ölkǝnin köklü iqtisadi vǝ sosial münasibǝtlǝrinin olduğunu vurğulayaraq yazıb ki, türk vǝ rus xalqları bizdǝn gǝlǝcǝyǝ baxmağımızı gözlǝyir. Buna cavab vermǝk, birlikdǝ addım atmaq bizim ǝn sǝmimi arzumuzdur.

Çavuşoğlu bugün rus hǝmkarı Sergey Lavrovla keçirǝcǝyi görüşün iki ölkǝ arasındakı ǝlaqǝlǝr cǝhǝtdǝn müsbǝt nǝticǝlǝr doğurmasını gözlǝdiyini dǝ sözlǝrinǝ ǝlavǝ edib.

Bu arada Qara dǝniz İqtisadi Әmǝkdaşlıq Tǝşkilatının növbǝti Nazirlǝr Şurası yığıncağı Rusiyanın Soçi şǝhǝrindǝ bugün keçirilǝcǝk.

Tǝşkilatın növbǝti sǝdri, Rusiyanın Xarici İşlǝr naziri Sergey Lavrovun ev sahibliyindǝ keçirilǝcǝk yığıncaqda regional iqtisadi ǝmǝkdaşlıq mǝsǝlǝlǝri müzakirǝ olunacaq.

Mövlud Çavuşoğlu başda rus hǝmkarı Lavrovla olmaqla bir sıra ikitǝrǝfli görüşlǝr dǝ keçirǝcǝk.



Әlaqәli Xәbәrlәr