"Terrorun tǝsviri vǝ terrorla mübarizǝ qanununda dǝyişiklik edilmǝsi qeyri-mümkündür" , M.Çavuşoğlu

Xarici işlǝr naziri Mövlud Çavuşoğlu terror tǝşkilatları barǝdǝ qǝtiyyǝtlǝ ayrı-seçkilik edilmǝyǝcǝyini söylǝyib.

521764
"Terrorun tǝsviri vǝ terrorla mübarizǝ qanununda dǝyişiklik edilmǝsi qeyri-mümkündür" , M.Çavuşoğlu

Xarici işlǝr naziri Mövlud Çavuşoğlu terror tǝşkilatları barǝdǝ qǝtiyyǝtlǝ ayrı-seçkilik edilmǝyǝcǝyini söylǝyib.

Çavuşoğlu Brüsseldǝ Avropa İttifaqında iştirak etmǝ müzakirǝlǝrindǝ 33-cü fǝsli olan Maliyyǝ vǝ Büdcǝ ǝsaslarının müzakirǝyǝ açılmasından sonra özǝl telekanallardan birinǝ açıqlama verǝrǝk deyib ki, terrorun tǝsvirinǝ dair dünyada qǝbul edilmiş beynǝlxalq bir tǝsvir yoxdur. Hǝr ölkǝnin terrorla mübarizǝdǝ dǝ fǝrqli tǝtbiqlǝri var.

Çavuşoğlu Türkiyǝnin viza rejiminin lǝğvinǝ dair 72 meyardan 69-nu yerinǝ yǝtirdiyini amma İttifaqın 67 ǝsasın yerinǝ yetirildiyini qǝbul ǝtdiyini xatırladıb. Nazir bildirib ki, qalan 5 meyarla bağlı addımlar ata bilǝcǝyimizi söylǝdik, lakin terrorun tǝsviri vǝ terrorla mübarizǝ qanununda dǝyişiklik edilmǝsinin qeyri-mümkün olduğunu mǝsǝlǝnin başından bǝridir söylǝyirik.

Gǝlǝcǝk hǝftǝ Varşavada keçirilǝcǝk NATO zirvǝsi barǝdǝ Türkiyǝnin gözlǝntilǝrini şǝrh edǝn Çavuşoğlu, qarşı-qarşıya olunan sınaq vǝ tǝhdidlǝrǝ qarşı NATO-nun daha qǝtiyyǝtli addımlar atmasının vacibliyini vurğulayıb.

Nazir sabah Soçidǝ keçirilǝcǝk Qara dǝniz İqtisadi Әmǝkdaşlıq Tǝşkilatının yığıncağında iştirak edǝcǝyini bildirǝrǝk deyib ki, dövlǝt başçısı Әrdoğan vǝ Putin arasındakı telefon söhbǝti ilǝ iki ölkǝ arasında yenidǝn normallaşma prosesinin başladığını ifadǝ edib.

Çavuşoğlu Türkiyǝnin Kıbrısda Avropa İttifaqı müzakirǝ prosesindǝn müstǝqil olaraq daimi vǝ ǝdalǝtli bir hǝll yolu istǝdiklǝrini vǝ bu mövzudakı dǝstǝyini davam etdirdiyini dǝ vurğulayıb.



Әlaqәli Xәbәrlәr