Mövlud Çavuşoğlu Türkiyәyә başsağlığı verәn ölkәlәrә tәşәkkür edib
Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu İstanbulda törәdilәn terror hücumu ilә әlaqәdar Türkiyәyә başsağlığı verәn ölkәlәrә tәşәkkür edib.
![Mövlud Çavuşoğlu Türkiyәyә başsağlığı verәn ölkәlәrә tәşәkkür edib](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/4fe1/e292/824b/56cab219538fc.jpg?time=1718801143)
Türkiyәnin XİN rәhbәri Mövlud Çavuşoğlu İstanbulda törәdilәn terror hücumu ilә әlaqәdar Türkiyәyә başsağlığı verәn ölkәlәrә tәşәkkür edib.
İstanbul Atatürk Hava Limanında törәdilәn terror aktından sonra çox sayda ölkə yayımladıqları başsağlığı mesajları ilә terrora qarşı Türkiyənin yanında olduqlarını bildirmişdilәr.
Xarici işlər Naziri Çavuşoğlu da sosial media sәhifәsindәn verdiyi açıqlama ilә bu ölkələrə təşəkkürünü bildirib.
Terrorun bütün bәşәriyyәti hәdәf aldığını qeyd edәn Çavuşoğlu terror təhdidini aradan qaldırmağın yolunun birgə mübarizә olduğunu vurğulayıb.
Mövlud Çavuşoğlu Türkiyənin terror bəlasının öhdəsindən gələcək gücә malik olduğunu da vurğulayıb.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718801144)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718801144)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq