Rəsmi Ankara inkişaf və reabilitasiyaya dair layihənin hazırlanması işini yekunlaşdırmaq üzrədir

Baş nazir terrorla mübarizənin davam etdiyi bölgələrdə bərpa və yenidənquruma işlərinin sürətləndirilməsinin də layihədə yer alacağını bildirib.

519476
Rəsmi Ankara inkişaf və reabilitasiyaya dair layihənin hazırlanması işini yekunlaşdırmaq üzrədir

Türkiyənin baş nazir Binəli Yıldırım ərəfə günündə verməyi planlaşdırdığı açıqlamasında həyata keçirilməsi nəzərdə tutulan islahatların "inqilab xüsusiyyəti" daşıdığını vurğulayıb. Baş nazir terrorla mübarizənin davam etdiyi bölgələrdə bərpa və yenidənquruma işlərinin sürətləndirilməsinin də layihədə yer alacağını bildirib.

İnkişaf layihəsi ilə əlaqədar işlərin sona yaxınlaşdığını vurğulayan Binəli İldırım bildirib ki, növbəti bazar ertəsi günü, yəni iyul ayın dördündə bayram hədiyyəsi olaraq Cənub-Şərqi Anadolu bölgəsi, lazım gələrsə Türkiyədə müxtəlif imtiyazlıların da ehtiyacları qarşılanacaq.

İnkişaf və reabilitasiya layihəsinin həcminə dair məlumat verən Baş nazir onu da əlavə edib ki, layihədə Cənub-Şərqi Anadoluda, yardım məntəqələrinin yaradılması, yeni iş yerlərinin açılması, terror təşkilatı PKK-nın yararsız hala saldığı yerlərin yenidən abadlaşdırılması, həyat səviyyəsinin yüksəldilməsinə dair xüsusi qərarlar yer alır.



Әlaqәli Xәbәrlәr