Binəli Yıldırım: insanlar haqq və ədalətlə təmin ediləcək

Baş nazir Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının Ümumi Mərkəzində  təşkil olunan ənənəvi səfirlər iftar süfrəsində çıxış edib.

519513
Binəli Yıldırım: insanlar haqq və ədalətlə təmin ediləcək

Dövlətin insanları müdafiəsində daim ədalət və haqq əsas tutalacaq. Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının Ümumi Mərkəzində  təşkil olunan ənənəvi səfirlər iftar süfrəsindəki çıxışında vurğulayıb. Türkiyə-İsrail arasındakı müsbətin müsbət irəliləyişinə də toxunan Baş nazir, iki ölkə arasında başlanan yeni dövrün xeyirli olmasını diləyib.

Baş nazir çıxışında 2010-cu il mayın 31-də mühasirədə olan Qəzzaya humanitar yardım daşıyan “Mavi Mərmərə” gəmisindəki şəhidləri bir daha rəhmətlə yad edərək bildirirb ki, Türkiyənin mövqeyini bir daha diqqətinizə çatdırıram. Hər kəsin yaxşılığını istədiklərini dilə gətirən Binəli Yıldırım bildirib ki, Qəzzada dərman tapa bilməyən insanlara, yoxsulluqdan əziyyət çəkənlərə, Hələbdən sürgün edilən günahsızlara sahib çıxır və bu xeyirxah iş davam etdiriləcək.

Suriya məsələsinə də toxunan baş nazir 2012-ci ildə qəbul edilən “Cenevrə” bəyannaməsi əsasında siyasi durumun itki olmadan və tezliklə həllinin zəruriliyini vurğulayıb. Təəssüflə əlavə edib ki, bu işin reallığa qovuşması mövcud rəhbərliklə mümkünsüzdür. Türkiyənin dostluq əhatəsini genişləndirmək, hər zaman sülh və sabitliyin bərqarar olmasını arzu edən baş nazir, qonşu ölkələrlə əlaqələrinin daim bu amala kökləndiyini vurğulayıb. Binəli Yıldırım bildirib ki, 3 milyona yaxın suriyalıya sığınacaq verən Türkiyə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına görə “dünyada ən çox qaçqın saxlayan ölkəsi"dir.

Alman Federal Məclisinin 1915-ci il hadisələrinə dair qəbul etdiyi qərar haqqında da danışan Türkiyə baş naziri parlament və məhkəmələrin tarixi yenidən yaza bilməyəcəyini vurğulayıb. Çünki Alman Federal Məclisinin sözügedən qərarı tarixi həqiqəti əks etdirmir.



Әlaqәli Xәbәrlәr