Nihat Zeybekçi Türkiyə-İsrail münasibətlərini qiymәtlәndirib

İqtisadiyyat naziri Nihat Zeybekçi  Türkiyə-İsrail münasibətlərini və Avropada artan İslamofobiyanı  qiymətləndirib.

518733
Nihat Zeybekçi  Türkiyə-İsrail münasibətlərini qiymәtlәndirib

 Dənizlidə bir iftar yemәyindә iştirak edәn   Zeybekçi  Türkiyənin  Fələstin və Qəzzadəki qardaşlarının maraqlarına әhәmiyyәt  verdiyini deyib.

 İsrail ilə  әldә olunan  anlaşmanı  şərh edən Zeybekçi  bundan sonra İsrail ilə iqtisadi və ticarət əlaqələrinin daha da güclənərək davam edəcəyini ifadə edib.

 Nihat  Zeybekci  çıxışı zamanı  Avropada artan irqçilik və islamofobiyanın  təhlükəli olduğuna da diqqət çəkib.

 Zeybekçi  Avropada bunun  Avropanın  bütün әsas dәyәrlәrinә zidd olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr