N.Kurtulmuş: ‘‘Narkotiklә mübarizә eyni zamanda terrorla  mübarizәdir’’

Baş nazirin müavini Numan Kurtulmuş  PKK-nın  narkotik baronları  ilә әmәkdaşlıq etdiyini  deyib.

518725
N.Kurtulmuş: ‘‘Narkotiklә mübarizә eyni zamanda terrorla  mübarizәdir’’

Baş nazirin müavini Numan Kurtulmuş  PKK-nın  narkotik baronları  ilә әmәkdaşlıq etdiyini  deyib.

 Numan Kurtulmuş   " 26 iyun  narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü " münasibətilə  ''Yeşilay''ın  İstanbulda  tәşkil etdiyi  toplantıda çıxış edib.

Toplantı  Rusiyalı fotoqrafın narkotik istifadә edәn  bir ailәnin 5 il әrzindә çәkdiyi  fotoşәkillәrdәn ibarәt sәrginin açılışı ilә başlayıb.

Narkotiklә mübarizәyә lövhәyә atdığı imza ilә dәstәk verәn Kurtulmuş: ‘‘Narkotiklә mübarizә eyni zamanda terrorla  mübarizәdir’’ deyib.

Kurtulmuş çıxışı zamanı: ‘‘Avropolun və Dünya Narkotika İlə Mübarizə Qurumlarının hesabatlarında terror təşkilatı PKK-nın qondarma  rəhbərlərinin adları  da var’’ deyib.

 Dünyadakı narkotik ticarətinin illik miqdarının 1,3 trilyon dollar olduğunu vurğulayan Kurtulmuş: "Belə böyük  rəqəm  terror təşkilatlarına güc verir" deyib.



Әlaqәli Xәbәrlәr