Ancaq və ancaq prezidentlik sistemi və yeni konstitusiya

Türkiyənin Baş naziri Binəli Yıldırım sabitliyi qalıcı hala gətirmənin yolunun prezidentlik sistemi və yeni konstitusiya olduğunu söyləyib

518281
Ancaq və ancaq prezidentlik sistemi və yeni konstitusiya

  AK Partiya İstanbul Bölgə Sədrliyinin Yenikapıdakı iftar proqramında iştirak edən Baş nazir Türkiyənin çətin günlərdən keçdiyini dilə gətirib, ölkədə terrorla amansız bir mübarizənin getdiyini, Türkiyəni bölməyə, nifaq toxumları səpməyə çalışanların əsla və əsla nəticə ala bilməyəcəyini vurğulayıb.

  Binəli Yıldırım deyib: "Türkiyənin cənub-şərqində yaşayan vətəndaşlarımız terrorun oyununa getməməkdə qərarlıdır. Onlar dövlət və millətin dərdli və sevincli günlərində birlikdə olmağı qəbul etmişlər və bu yolda heç bir tərəddüdləri yoxdur. Biz bunu gördük və görürük.”

  Ak Partiyanın son 14 il boyu qarşısına çıxan maneələri bir-bir ortadan qaldırdığına da diqqət çəkən Yıldırım onu da deyib ki: “Bugünkü iqtidar çox şey edə bildiyini sübut edib. Amma işimiz bitməyib. Türkiyədə güvən və sabitliyi qalıcı hala gətirmənin tək bir yolu qalıb ki, bu da prezidentlik sistemi və yeni konstitusiyadır. Yolları biz saldıq, körpüləri biz qurduq, könüllərə yollar çəkdik, inşallah, millətimizlə birlikdə Türkiyənin prezidentlik yolunu da birlikdə açacağıq. Bununla da Türkiyə sabitliksizlikdən qurtulacaq və koalisiya dövrlərində çəkdiyi çətinlikləri bir daha çəkməyəcək.”

  Türkiyənin Baş naziri daha sonra bu gün dünyada yerindən-yurdundan edilmiş 55 milyon insanın taleyinə toxunub: "Bu, bir çox ölkənin əhalisindən böyük bir rəqəmdir. Bu, bəşəriyyətin problemidir. Amma bu problemi biz Türkiyə tək olaraq, dünyaya nümunə göstərərək üzərimizə aldıq və 3 milyon qardaşımızı bağrımıza basdıq. Avropa İttifaqı bunu görməli, bu gün İngiltərənin İttifaqdan çıxma qərarının da səbəbini yaxşı düşünməli və gələcək görüntüsünü müəyyən etməlidir”.



Әlaqәli Xәbәrlәr