Türkiyə XİN-dən Kolumbiyada əldə olunmuş atəşkəs razılaşması ilə bağlı açıqlama

Türkiyə Kolumbiya Hökuməti ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələri arasında qarşılıqlı atəşkəs təmin olunmasının razılıqla qarşıladığını bildirdi.

517839
Türkiyə XİN-dən Kolumbiyada əldə olunmuş atəşkəs razılaşması ilə bağlı açıqlama

 
Türkiyə Xarici işlər Nazirliyindən verilən açıqlamada Kolumbiya Hökuməti ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələri arasında yarım əsrdir davam edən və 220 mindən çox insanın həyatını itirməsinə və 5 milyon insanın didərgin düşməsinə səbəb olan silahlı münaqişələrə diqqət çəkildi.
 
 Tərəflərin 23 iyun 2016-cı il tarixində qarşılıqlı atəşkəs və tərki- silah məsələsində əldə etdikləri razılaşmanın məmnuniyyətlə qarşılandığı ifadə edilən açıqlamada Türkiyənin sülh prosesinə Amerika Dövlətləri Təşkilatı vasitəsilə töhfə verdiyi qeyd olunur.
 
 Açıqlamada münaqişələrdən böyük miqyasda zərər görən Kolumbiyanın Orejon bölgəsində TİKA tərəfindən tikiləcək ibtidai məktəbin inşaatı ilə bağlı işlərə başlandığı  da ifadə edilir.



Әlaqәli Xәbәrlәr