Türkiyə Silahlı Qüvvələrinin PKK-ya qarşı əməliyyatlarında 13 hədəv məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatı PKK-ya qarşı Qars, Şırnak, Hakkari və İraqın şimalındakı Hakurkda təşkil etdiyi hava əməliyyatında 13 hədəv məhv edildi.

518055
Türkiyə Silahlı Qüvvələrinin  PKK-ya qarşı əməliyyatlarında 13 hədəv məhv edildi

 Qarsın Kağızman, Şırnak və Hakkarinin Çukurca bölgələrində keçirilən əməliyyatda terör təşkilatına aid 11 sığınacaq və mağara vuruldu.
 
 Hakurk bölgəsinə olan hava əməliyyatında da, terror təşkilatı PKK-nın istifadə etdiyi 2 sığınacaq atəşə tutularaq məhv edildi.
 
 Terror təşkilatı DEAŞ-la mübarizsini də qətiyyətlə davam etdirən Türkiyə Silahlı Qüvvələri Suriyadan Türkiyəyə atəş  hazırlığında olan 31 hədəfi Fırtına haubitsaları ilə vurdu.
 
 Koalisiya təyyarələrinin dəstək verdiyi  əməliyyatda 8 DEAŞ terrorçusu öldürüldü,15 müdafiə mövqeyi və terrorçuların istifadə etdiyi 5 tikili məhv edildi



Әlaqәli Xәbәrlәr