Ərdoğan: "Aİ ziddiyyətlərini dərinləşdirərək yoluna davam edərsə, yeni ayrılmalarla üz-üzə qalacaq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ziddiyyətlərini dərinləşdirərək yoluna davam etdiyi halda qısa müddətdə yeni ayrılmalarla üzləşməsinin qaçılmaz olacağını dedi.

517828
Ərdoğan: "Aİ ziddiyyətlərini dərinləşdirərək yoluna davam edərsə, yeni ayrılmalarla üz-üzə qalacaq"

 
Türkiyənin  Bütün Sənayeçi İş Adamları Dərnəyi (TÜMSİAD) tərəfindən  İstanbulda təşkil olunan iftar yeməyinə qatılan prezident Ərdoğan Böyük Britaniyanın Avropa İttifaqından ayrılmaq qərarını dəyərləndirdi.
 
 Demokratiyaya, milli iradəyə hörməti əsas tutan siyasi anlayışdan çıxış edərək referendumun nəticələrinin ingilis xalqı üçün xeyirli olmasını diləyən Ərdoğan:"İngilis  xalqının verdiyi bu qərarı İngiltərə və Avropa İttifaqı üçün yeni bir dövrün başlanğıcı olaraq görürəm" dedi.
 
Avropa İttifaqının Türkiyə ilə əlaqədar davranışını  tənqid edən prezident: "Avropada artan irqçi və islamafobiya cərəyanları fonunda kimsə: "Avropa islamafobik deyil "deməsin, hazırda Türkiyəyə qarşı tətbiq olunan bu davranış islamofobikdir" deyə danışdı.

 Ərdoğan hazırki problemin subyektinin Türkiyə deyil, Avropa İttifaqının olduğunu qeyd etdi.
 
 Qaçqın böhranı və İngiltərənin Aİ-dən çıxma qərarından sonra  Avropa İttifaqının tutduğu  mövqe barədə düşünməsinin lazım olduğunu bildirən Ərdoğan: "Aİ bunu səmimi şəkildə edər və davranışını dəyişərsə, Türkiyə təbii olaraq o İttifaq içində yerini alacaq. Ziddiyyətlərini dərinləşdirərək yoluna davam edərsə, qısa müddətdə yeni ayrılmalarla üzləşməsi qaçılmaz olacaq. Avropa bizim rəqibimiz deyil, birlikdə hərəkət etməyi arzu etdiyimiz güclü tarixi və bəşəri münasibətlərimizin olduğu bir məkandır. Avropada yaşayan 6 milyonluq Türkiyə mənşəli insanımızın gələcəyini maraqlandıran hər bir məsələ, təbii olaraq bizim məsələmizdir. Biz onsuz da qapısında gözləyən ölkə olaraq bu prosesləri yaxından və avropalıların bizi dəyərləndirərkən istifadə etməyi çox sevdikləri ifadə olan "həyəcanla" təqib etməyi davam edəcəyik" deyə danışdı.



Әlaqәli Xәbәrlәr