Binəli Yıldırım: "Türkiyənin birliyindən daha əhəmiyyətli bir şey yoxdur"

Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri və baş nazir Binəli Yıldırım terrorla mübarizənin müzakirə mövzusu olmayacağını vurğuladı.

517832
Binəli Yıldırım:  "Türkiyənin birliyindən daha əhəmiyyətli bir şey yoxdur"


  Baş nazir Ədalət və İnkişaf Partiyasının Mərkəzində Mərkəzi Qərar və İdarə Heyətinin (MKYK) üzvləri ilə  iftar yeməyində görüşdü.
 
Yeməkdən sonra çıxış edən baş nazir 64. Hökumət dövründə Avropa İttifaqı ilə geri qəbul müqaviləsi, sərbəst viza rejimi məsələlərinin oktyabr ayından iyun ayının sonuna çəkilməsi və qaçqın məsələsi ilə əlaqədar Türkiyənin  maliyyə yükünün azaldılmasını nəzərdə tutan müqaviləni xatırlatdı və Türkiyənin birliyindən, bərabərliyindən, ərazi bütövlüyündən daha əhəmiyyətli bir şeyin olmadığını söylədi.
 
 Yıldırım: "Heç bir müqavilə, Avropanın yaradacağı sərbəst viza imkanı əsla və əsla terrorla mübarizə məsələsini müzakirə mövzusuna çevirə bilməz.  Avropalı dostlarımız artıq həqiqəti görməlidir. Ya Türkiyənin səsini eşidəcəklər,  a da Türkiyənin birliyinə qarşı çıxan separatçı terror təşkilatının manipulyasiyasına boyun əyəcəklər. Qucaqladıqları terror təşkilatı bir addımdan sonra onları da kədərləndirəcək. Sabah gec ola bilər. Sizin apardığınız əsassız siyasətlər sabah təhlükəsizlik problemi kimi qarşınıza çıxacaq. O zaman yenə də sizin yanınızda Türkiyə olacaq "deyə danışdı.
 
 Baş nazir Britaniyanın Aİ-dən ayrılma qərarını yenidən dəyərləndirərək: " David Cameron  Türkiyənin 3 min ildən sonra da  Aİ-yə girə bilməyəcəyini deyərək millət olaraq bizi kədərləndirdi. Lakin İngiltərənin seçiciləri onun dediyi sözləri etibarsız etdi,  əksinə qərar verdi" dedi.
 
 Türkiyənin baş naziri Avropa İttifaqının bu referendumdan dərs almalı olduğunu da dilə gətirərək: " Aİ son zamanlarda  qapılarını açmaq əvəzinə özünə qapanma yoluna üstünlük verdi. Regionda baş verən qaçqın dramında gördüyümüz mənzərə budur. Bölgədə milyonlara sahib çıxan, qucaq açan ölkə Türkiyədir. Avropalılar təəssüf ki, bu məsələyə, laqeyd yanaşdılar. Görüntü naminə bir neçə şey etmək əsla və əsla həqiqətləri dəyişdirmir" şəklində danışdı.



Әlaqәli Xәbәrlәr