Terror aktında bir nəfər həyatını itirib, 16-sı yaralanıb

PKK terrorçuları Mardinin Ömərli Rayon Jandarm Komandanlığına bomba yerləşdirilmiş maşınla hücum edib.

517102
Terror aktında bir nəfər həyatını itirib, 16-sı yaralanıb

PKK terrorçuları Mardinin Ömərli Rayon Jandarm Komandanlığına bomba ilə yüklənmış maşınla hücum edib. Partlayış nəticəsində yoldan keçən bir yük avtomobilinin sürücüsü həyatını itirib, 11-i hərbi qulluqçu olmaqla 16 nəfər yaralanıb.
 Yaralılar Mardin və Ömərli Dövlət Xəstəxanasına yerləşdiriliblər.
 Daxili işlər naziri Efkan Ala  hadisə ilə bağlı baş nazir Binali Yıldırımı məlumatlandırıb.
 Partlayışdan sonra bölgəyə  əlavə qüvvələr cəlb edilib.
 Qaçan PKK terrorçularının yaxalanması istıqamətində əməliyyatlara başlanılıb.
Bu arada, Lice  qəsəbəsi ərazisində PKK-ya qarşı başlanılan əməliyyat davam edir.
 Əməliyyatda aralarında təşkilat rəhbərlərinin də olduğu terrorçuların zərərsizləşdirilməsi məqsədi güdülür.
 Bundan başqa, əməliyyatlarda PKK-nın maliyyə mənbəyi olan qeyri-qanuni narkotik maddələrin becərildiyi plantasiyaların məhv edilməsi və emal edilmiş narkotik maddələrin ələ keçirilməsi də nəzərdə tutulub.
 



Әlaqәli Xәbәrlәr