İngiltərənin Avropa İttifaqından çıxma qərarı ilə əlaqədar reaksiyalar

İngiltərənin Avropa İttifaqından çıxma qərarına Türkiyədən ilk reaksiya Əmək və Sosial Təhlükəsizlik Naziri Süleyman Soyludan gəldi.

517344
İngiltərənin Avropa İttifaqından çıxma qərarı ilə əlaqədar reaksiyalar
donald tusk.jpg

Türkiyədə dövlət qulluqçusu təhsili almış xaric tələbələrə diplomlarının təqdimetmə mərasiminə qatılan Süleyman Soylu: "Demokratik qərardır.Hər kəs öz iradəsini ortaya qoymuşdur" dedi.

Aİ Şurasının prezidenti Donald Tusk isə Birləşmiş Krallıqda xalq səsverməsindən sonra xalqın 52%-nin  Aİ-dən çıxmaq qərarının nəticələrinin siyasi mənada ciddi və dramatiq olduğunu dilə gətirərək: " Sirr deyil ki, referendumun nəticələrinin belə olmasını istəmirdik. İngiltərədəki referendumdan sonra  27 ölkədən ibarət olan ittifaqımızı qorumaqda qərarlıyıq" dedi.

 

 

 



Әlaqәli Xәbәrlәr