R.T.Әrdoğan: "Türkiyə Yaxın Şərqin yeganә hәqiqi dostudur"

Türkiyәnin  dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  Türkiyənin Yaxın Şərqdə sabitliyin təminatı olduğunu bildirib.

516692
R.T.Әrdoğan: "Türkiyə  Yaxın Şərqin yeganә hәqiqi  dostudur"

Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin çap etdiyi  ‘‘Yeni Türkiyə’  jurnalı son tirajını   Yaxın Şərqə  hәsr edib.

 Dövlәt başçısı  Ərdoğan da jurnal üçün  "Türkiyə Yaxın Şərqin yeganә hәqiqi  dostudur"  adlı  məqalə yazıb.

Yaxın Şərqin bəzi ölkələrlə bu gün yenidən dizayn edilməyə çalışıldığını ifadə edən Ərdoğan  bölgənin ərazi bütövlüyünü müdafiə edən yeganə ölkənin Türkiyə olduğunu vurğulayıb.

Ərdoğan: ‘‘Burda hәdәf daha rahat istismar oluna bilәn , asanlıqla nәzarәtdә saxlanıla bilәn  vә hissәlәrә ayrılmış quruluş yaratmaqdır. Türkiyә  Yaxın Şәrqin  әrazi  bütövlüyünü,sabitliyini,әmin-amanlığını sәmimiyyәtlә müdafiә edәn  yeganә ölkәdir. Türkiyә keçmişdә olduğu kimi bu gün dә Yaxın Şәrqdә  sabitliyin tәminatıdır’’ deyib.

Ərdoğan məqaləsində Suriyadakı Əsəd Rejiminin 6 ildir  dövlət terroru tətbiq etdiyini, Rusiyanın da öz maraqları üçün Əsəd rejimini ayaqda saxlamağa çalışdığını ifadə edib.

Dövlәt başçısı: "Təəssüf ki  bu qətliamdan  ən çox әziyyәt çәkәnlәrdәn biri dә Türkmənlәrdir.  Rusiyanın və Əsəd rejiminin Türkmənləri və mülki vәtәndaşları hədəf alan hücumları  görmәzlikdәn  gәlinir. Rusların DAEŞ ilə mübarizə pərdəsi altında Suriyada törətdiyi cinayətlərə və qətliamlara müttəfiqlərimiz belə  sәs çıxartmır’’ deyib.

Әrdoğan  mәqalәsindә  terror təşkilatı PYD-YPG-nin  Suriyada torpaq qazanmaq məqsədinə heç vaxt nail  olmayacağını da qeyd edib.



Әlaqәli Xәbәrlәr