Mövlud Çavuşoğlu Moskvadan dəvət alıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Soçiyə dəvət alıb.

516960
Mövlud Çavuşoğlu Moskvadan dəvət alıb

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

M. Zaxarova bildirib ki, M.Çavuşoğlu Soçidə iyulun 1-də keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) XİN rəhbərlərinin iclasına dəvət olunub. Bu, Rusiyanın QDİƏT-də sədr-ölkə kimi öhdəliklərinə müvafiq bir dəvətdir.

Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya bildirib ki, Soçidə keçiriləcək iclasda Moskva Türkiyə və Ukrayna xarici işlər nazirlərinin iştirakını gözləyir. O, həmçinin deyib ki, rəsmi Moskva Soçidə M.Çavuşoğlu ilə ikitərəfli danışıqlar aparmağa hazırdır.



Әlaqәli Xәbәrlәr