Nə qədər ki, paralelçilər və terror təşkilatı PKK həmrəyliyi var

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ən böyük uğurun dövlət-millət birliyi olduğunu söyləyib

515576
Nə qədər ki, paralelçilər və terror təşkilatı PKK həmrəyliyi var

  Ankarada Prezident Aparatı (Cumhurbaşkanlığı) İqamətgahında verilən iftar yeməyində qeyri-hökumət təşkilatlarının nümayəndələrilə bir arada olan dövlət başçısı çıxışı zamanı bunları söyləyib: “QHT kimi görünən, ancaq şər işlər arxasında qaçanlar var. Onların tək məqsədi insanları inancları, mənşələri, həyat tərzlərinə görə bir-birinin üzərinə salmaqdır. Nifaq yaradan, yaranı qanqrenaya çevirən belələri nə qədər professional olsalar da, ifşa olunur, zamanla etibarlarını itirirlər… Bütün  bunlarla belə, biz ölkə daxili və xaricində qarşıya çıxan çətinlikləri aşmaqda arxa planda qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin yaxşı mənada izlərini də görürük. Nə qədər ki, paralelçilər və terror təşkilatı PKK həmrəyliyi var, biz daha da yaxınlaşmalı, bir olmalıyıq… Göründüyü kimi, biz terrorla mübarizədə çox qərarlı şəkildə əməliyyatları davam etdiririk. Millətimizin dincliyi bərqərar olana qədər can və mal təhlükəsizliyi məsuliyyətini daşıyan bir dövlət kimi Allahın iznilə bunun da öhdəsindən gələcəyik".



Әlaqәli Xәbәrlәr