“Bu, Türkiyənin layiq olduğu haqqdır”, Ö.Çelik

Avropa İttifaqının Türkiyənin terrorla mübarizə qanununda dəyişikliyə getməsilə bağlı çağırışına Avropa İttifaqının Türkiyə üzrə naziri Ömər Çelik cavab verərək buna getməyəcəklərini bildirib

515566
“Bu, Türkiyənin layiq olduğu haqqdır”, Ö.Çelik

  Ömər Çelik Romada İtaliya Xarici İşlər naziri Paolo Gentilonilə görüşündən sonra birgə mətbuat konfransında çıxış edərək deyib: "Türkiyənin təhlükəsizliyi Avropa İttifaqının təhlükəsizliyidir. Biz terrorla mübarizəni azaldacaq heç bir dəyişiklik etməyəcəyik.”

  Ömər Çelikin gündəmində Türkiyə vətəndaşlarının Avropa ölkələrinə viza məsələsi də var idi. Nazir bu barədə deyib: “Risk və qeyri-sabitlik qarşısında güçləndirməmiz lazım olan mexanizmlərdən biri də sərbəst vizadır. Bu, Türkiyənin layiq olduğu haqqdır. Mən sərbəst vizayla bağlı ortaq bir nöqtəyə gələ biləcəyimizi düşünürəm".

  İtaliyanın Xarici İşlər naziri Paolo Gentiloni də Türkiyənin Avropa İttifaqına üzvlük və sərbəst viza mövzularında İtaliyanın dəstəyini qeyd edib.



Әlaqәli Xәbәrlәr