“Türk milləti bu hərəkətin cavabını uyğun zamanda soruşacaqdır”, R.T.Әrdoğan

Әrdoğan Parlament binasının koridorlarına  terror təşkilatı PKK-nın bayraqlarını asan Avropa Parlamentini sərt sözlərlə tənqid edib.

512501
“Türk milləti bu hərəkətin cavabını uyğun zamanda soruşacaqdır”, R.T.Әrdoğan

Dövlət başçısı Rəcəb Tayyib Әrdoğan Çevik Polis Dǝsdǝsi Şöbǝ Müdirliyindǝ vǝzifǝli polis ǝmǝkdaşları ile iftar süfrǝsindǝ bir araya gǝlib.

Әrdoğan Parlament binasının koridorlarına  terror təşkilatı PKK-nın bayraqlarını asan Avropa Parlamentini sərt sözlərlə tənqid edərǝk, Türk millətinin bu hərəkətin cavabını uyğun zamanda soruşacağını söyləyib.

Türkiyənin və Türk millətinin maraqlarına hücum etməyi özünün  vəzifəsi kimi mǝnimsǝyǝn bu xəyanət dəstəsinin dünyanın hər tərəfində Türkiyənin əleyhinə çalışdığını ifadə edən Dövlǝt başçısı “paralel dövlǝt idarǝetmǝ təşkilatı”, terror təşkilatı PKK və onun Suriyadakı davamı olan YPG-nin Erməni terror təşkilatları ilǝ çiyin-çiyinə Türkiyəyə qarşı hərəkət etdiklərini vurğulayıb.

 Әfsanǝvi boksçu Məhəmməd Əlinin dəfnində iştirak etmək üçün getdiyi ABŞ-da konfrans verəcəyi bir beyin mǝrkǝzinǝ girǝrkǝn bu dəstənin şəxsinə və nümayəndə heyətinə qarşı aksiyalar keçirdiyini bildirən Ərdoğan bu tǝşkilatlanmanın Türkiyənin terrorla mübarizəsinǝ zərbə endirmək üçün əlindən gələn hər şeyi etdiyini dilǝ gǝtirib.

Ərdoğan terror təşkilatı PKK-nın qəsəbələrdə, mǝhǝllǝlǝrdǝ aksiyalara başlayanda bölgə xalqının terrorçuların deyil, təhlükəsizlik qüvvələrinin yanında yer almasının səbəblərinə də diqqət çəkib.

 Özü şəhid olmaq bahasına günahsız insanların həyatını qorumaq üçün cǝhd göstǝrǝn təhlükəsizlik qüvvələrinin bu mövqeyinin bölgə ǝhalisinin ürǝyindǝ özünǝ yol tapdığını bildirən Ərdoğan terror təşkilatının təzyiq, zorakılıq və qan axıdaraq, onun nəzarətindəki partiyanın yalan və zəhər saçan siyasət dili ilə deyil, könül dili ilə qurulan bu əlaqənin bölgədə yeni bir dövrün müjdəçisi olacağını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr