Baş nazir Binəli Yıldırım Co Baydenə başsağlığı verib

Baş nazir Binəli Yıldırım Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Baydeni telefonla arayaraq, Florida ştatının Orlando şəhərində həyata keçirilən terror hücumunu pisləyib.

511768

ABŞ hökuməti və xalqına başsağlığı verən Yıldırım söhbət zamanı terrorla mübarizə aparan və terror nəticəsində bir çox vətəndaşını itirən Türkiyənin ABŞ xalqının acısını dərk etdiyini və paylaşdığını bildirib. Terrorun dini, milləti və məzhəbi olmadığını  ifadə edən baş nazir  Türkiyənin DEAŞ, PKK,PYD, YPG daxil olmaqla bütün terror təşkilatlarına qarşı fəal şəkildə mübarizə aparmaqda israrlı olduğunu vurğulayıb.

Başsağlığına görə Binəlı Yıldırıma təşəkkür edən Co Bayden də terrorun dininin, millətinin olmadığını bir daha vurğulayıb.

Әlaqәli Xәbәrlәr