Türk Silahlı Qüvvǝlǝrinin ǝmǝliyyatında 10 terrorçu zǝrǝrsizlǝşdirilib

Türk Silahlı Qüvvǝlǝrinin hǝyata keçirdiyi ǝmǝliyyatda ilk mǝlumatlara ǝsasǝn 10 terrorçu zǝrǝrsizlǝşdirilib.

511058
Türk Silahlı Qüvvǝlǝrinin ǝmǝliyyatında 10 terrorçu zǝrǝrsizlǝşdirilib

Türk Silahlı Qüvvǝlǝri terror tǝşkilatı DEAŞ-ın Suriyanın şimalından Türkiyǝyǝ atǝş açmağa hazırlaşdığı mövqelǝrinǝ istiqamǝtli hǝyata keçirdiyi ǝmǝliyyatda ilk mǝlumatlara ǝsasǝn 10 terrorçu zǝrǝrsizlǝşdirilib.

“Fırtına” artilleriya qurğuları ilǝ açılan atǝş vǝ koalisiyaya mǝxsus döyüş tǝyyarǝlǝrinin dǝstǝyi ilǝ hǝyata keçirilǝn hava ǝmǝliyyatı nǝticǝsindǝ DEAŞ-a mǝxsus mövqelǝr mǝhv edilib.

Türk Silahlı Qüvvǝlǝri terror tǝşkilatı  PKK-ya qarşı da hava ǝmǝliyyatı hǝyata keçirib.

Avaşin-Basyan bölgǝsinǝ istiqamǝtli hǝyata keçirilǝn hava ǝmǝliyyatında terror tǝşkilatına mǝxsus iki sığınacaq yeri mǝhv edilib.

Әmǝliyyat zamanı terrorçuların da mǝhv edilǝn sığınacaq yerlǝrindǝ olduğu müǝyyǝn edilib.

Vǝzifǝsini tamamlayan döyüş tǝyyarǝlǝri bazalarına qayıdıb.



Әlaqәli Xәbәrlәr