Numan Kurtulmuş Türkiyə- Rusiya əlaqələrinin normallaşmasına ümid etdiklərini söylədi

Türkiyənin baş nazir müavini Numan Kurtulmuş Türkiyənin Rusiya ilə əlaqələrinin ən qısa zamanda normallaşmasına ümid etdiklərini söylədi.

511036
Numan Kurtulmuş Türkiyə- Rusiya əlaqələrinin  normallaşmasına ümid etdiklərini söylədi

 Numan Kurtulmuş Ankarada bir restoranda iftar yeməyində baş nazirin müxbirləri ilə  bir araya gəldi.
 
 Kurtulmuş noyabrın 24-də dəfələrlə xəbərdar edildiyi halda Türkiyə hava məkanını pozan rus döyüş təyyarəsinin vurulması ilə Türkiyə və Rusiya arasında yaranan  gərginlikdən sonra ilk yüksək səviyyəli təmasdan danışdı.
 
 Türkiyə pezidenti  Rəcəb Tayyib Ərdoğan və baş nazir Binalı Yıldırımın iyunun 12-də Rusiya Milli Bayramı münasibətilə prezident Vladimir Putinə ünvanladıqları məktublara istinad edən Kurtulmuş;"Ümid edirəm ki, Rusiya tərəfindən də buna bənzər bir siqnal gələcəkdir. Prezidentimizin, baş nazirimizin məktubları ilə normallaşma prosesi istiqamətində əhəmiyyətli bir addım atıldı. Bu, eyni zamanda,Türkiyənin  prosesin normallaşmasına dair iradəsinin təzahürüdür" dedi.
 
 Türkiyə tərəfindən atılan addımın Türkiyə ilə Rusiyanın bütün siyasi məsələlərdə razılaşmaları, bölgədəki bütün problemləri həll etmələri mənasına gəlmədiyini vurğulayan Kurtulmuş: "Başda Suriya məsələsi olmaqla bir çox məsələdə fikir ayrılıqlarımız davam edə bilər. Lakin nəticə etibarilə, iki qonşu ölkə üçün əsl məsələ sülhün bərqərar olmasıdır"  ifadələrini işlətdi.
 
 Türkiyənin Rusiyadan, Rusiyanın da Türkiyədən imtina etməyəcəyini vurğulayan Kurtulmuş  iki qonşu ölkənin dərin iqtisadi, siyasi və mədəni əlaqələrinin olduğunu vurğuladı.



Әlaqәli Xәbәrlәr