Türkiyə zülmdən qaçanlara qucaq açıb

Baş nazirin müavini Veysi Kaynak Amerika Birləşmiş Ştatlarının Suriyada terror təşkilatı PYD ilə birlikdə müsəlman ərəblərə hücum etdiyini söyləyib.

509498
Türkiyə zülmdən qaçanlara qucaq açıb

Kahramanmaraşda 2 min 500 nəfərlik iftar proqramında iştirak edən Veysi Kaynak deyib ki, Türkiyə dünyanın bir çox yerlərindəki məzlumlara yardım edir.

Veysi Kaynak Suriyada qətlə yetirilənlərin sayının 600 mini ötdüyünü, Türkiyənin isə bu zülmdən qaçanlara qucaq açdığını bildirib.

İranda 1979-cu il inqilabından sonra bu ölkəyə ABŞ tərəfindən 40 ilə yaxın embarqo tətbiq edildiyini  xatırladan Kaynak deyib ki, indi hər iki Suriyada terror təşkilatı PYD-nın  yanında DAEŞ bəhanəsilə müsəlman ərəblərə hücum edir.



Әlaqәli Xәbәrlәr