Dünyanı heyran qoyan İstanbul layihələri bir-bir həyata keçirilir

Baş nazir Binəli Yıldırım Bakırköy-Bahçelievler-Kirazlı metro xəttinin təməlqoyma mərasimində çıxış edib.

509153
Dünyanı heyran qoyan İstanbul layihələri bir-bir həyata keçirilir

Baş nazir Binəli Yıldırım Bakırköy-Bahçelievler-Kirazlı metro xəttinin təməlqoyma mərasimində çıxışında , mübarək bir ayda, mübarək bir şəhərə gözəl bir xidmətin başlanğıcında vətəndaşlarla bir arada olmaqdan xoşbəxtlik duyduğunu söyləyib.

O, bildirib ki, İstanbula xidmət etmək sanki ibadət kimidir. Xalqa xidmət Haqqa xidmətdir. İstanbul mədəniyyət, tarix, elm və ticarət şəhəridir.

İstanbulda reallaşdırılan layihələrdən danışan baş nazir Avropa və Asiya sahillərindəki dəmir yolu xətlərinin İstanbul Boğazı altından keçən bir borucuq tunellə birlədiyini, Mərmərə yanında İstanbul Boğazı, Avrasiya Tunelinin isə dekabrın 20-də açılacağını deyib.

Binəli Yıldırım dünyanın üzərindən qatar yolunun keçdiyi ən  geniş köprüsü- Sultan Səlim Boğaz Köprüsünün isə avqustun 26-da istifadəyə verəcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr