Binali Yıldırım "Twitter"də  ilk ismarıcını bölüşdü

Türkiyənin baş naziri Binalı Yıldırımın rəsmi sosial media hesabları açıqlandı.

508583
Binali Yıldırım "Twitter"də  ilk ismarıcını  bölüşdü

  Baş nazir "Twitter"də  ilk ismarıcını da bölüşdü.
 
 Baş nazir tərəfindən verilən məlumatda Baş nazir Binalı Yıldırımın şəxsi sosial media hesabı istifadə etməyəcəyi qeyd olunudu.
 
 Binali İldırımın adından olan paylaşmalar qurum hesabları vasitəsilə ediləcək.
 
 Məlumatda rəsmi olmayan hesabların nəzərə alınmaması vurğulanır.
 
 Baş nazir "Twitter" və "İnstagram"da TC_ Basbakan, "Facebook"da isə tcbasbakan hesablarından istifadə edəcək.
 
 Binalı Yıldırımın "Twitter"də bölüşdüyü ilk ismarıcı isə "Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan və mübarizə yoldaşlarımızla birlikdə addımladığımız müqəddəs yoldakı bütün çətinlikləri dualarınız və dəstəklərinizlə dəf edəcəyik" oldu.
 
 Baş nazir Yıldırım ikinci "Twitter" ismarıcında  bütün vətəndaşların Ramazan ayını təbrik etdi.



Әlaqәli Xәbәrlәr