Türkiyə Suriyanın Hələb şəhərində xəstəxanalara təşkil olunan hücumu nifrətlə lənətlədi.

Türkiyə XİN Suriyanın Hələb şəhərində xəstəxanalara təşkil olunan hücumla əlaqədar açıqlama verdi.

507691
Türkiyə Suriyanın Hələb şəhərində xəstəxanalara təşkil olunan hücumu nifrətlə lənətlədi.

  Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Suriyada rejim qüvvələrinin və  Rusiyanın xəstəxana, məktəb, məscid və digər mülki yaşayış yerlərinə qarşı hava hücumlarının amansızlıqla davam etdiyinin böyük qəzəblə izlənildiyi qeyd olunur.
 
 Açıqlamada: " Hələbdə dünəndən etibarən xəstəxanaları hədəfə alan və onlarla vətəndaşın həlak olmasına səbəb olan hücumları nifrətlə pisləyirik. Hələbin Şaer məhəlləsində fəaliyyət göstərən xəstəxananın tamamilə yerlə bir edildiyi anlaşılır. Bu hücumlar insanlığa sığmayan bir cinayətdir. Törədilən bu cinayətlərin cəzasız qalmayacağı aydındır. İnsanlığa qarşı törədilən bu cinayətlərə görə məsuliyyət daşıyanların tezliklə ədalət qarşısına çıxarılmasını və bəşər tarixinə qara  ləkə olaraq düşən bu təcavüz  aktlarının təcili olaraq beynəlxalq aləm tərəfindən dayandırılmasını istəyirik".



Әlaqәli Xәbәrlәr