R.T.Әrdoğan Mәhәmmәd Әlinin dәfn mәrasiminә qatılmaq üçün ABŞ-a sәfәr edib

Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan iyunun 3-dә həyatını itirən əfsanə boksçu Məhəmməd Əlinin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a sәfәr edib.

506977
R.T.Әrdoğan Mәhәmmәd Әlinin dәfn mәrasiminә qatılmaq üçün ABŞ-a sәfәr edib

Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan iyunun 3-dә həyatını itirən əfsanə boksçu Məhəmməd Əlinin dəfn mərasimində iştirak etmək üçün ABŞ-a sәfәr edib.

Dövlәt başçısı  Ərdoğan ABŞ-a yola düşmәzdәn әvvәl  Ankara Esenboğa hava limanında  verdiyi açıqlamada  Məhəmməd Əlinin rinqlәrin olduğu  kimi  könüllərin də çempionu olduğunu qeyd edәrәk: ‘‘Onun hәr sözü, hәr yumruğu vә hәr qәlәbәsi  Afrikadan Asiyayadәk milyardlarla  mәzluma ümüd verdi, qüvvәt verdi’’ deyib.

 İrqçiliyə və ayrı-seçkiliyə qarşı müqəddəs mübarizə apardığına diqqət çəkən dövlәt başçısı Ərdoğan  Məhəmməd Əlinin "Allahdan zənginlik istədim  həmd olsun o mənə İslamı verdi" sözünün çox mənalı olduğunu vurğulayıb.

 Məhəmməd Əlinin müsəlmanlığı qəbul etdikdən sonra nümayiş etdirdiyi nümunə  ilә  ölkəsində çox insanın müsəlman olmasına vəsilə olduğunu qeyd edən Ərdoğan: ‘‘Xüsusilә sentyabrın 11-dә törәdilәn terror hücumlarından sonra  yanğınsöndürәn  libasını geyinib ‘‘İslam qәtil dini deyil, İslam sülh demәkdir’’ deyәrәk  nümayiş etdirdiyi nümunә ilә  heç bir zaman unudulmayacaq. Onun  hәyatı, duruşu, mübarizәsi bizim üçün ilham mәnbәyi olmağa davam edәcәk’’ deyib.

 Rәcәb Tayyib Ərdoğan  açıklamasında  Almanyaya  1915 qərarı ilә әlaqәdar çağırış edәrәk: "Almaniya  atdığı  addımdan  geri qayıtmalıdır. Eger qayıtmasa    bizim dә  addımımız fәrqli olacaq’’ deyib.



Әlaqәli Xәbәrlәr