Ərdoğan Prezident Aparatında verilən iftar yeməyində şəhid ailələri və qazilərlə görüşdü

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terrorun kökünü kəsənə qədər mübarizənin  davam edəcəyini dedi.

506171
Ərdoğan Prezident Aparatında verilən iftar yeməyində şəhid ailələri və qazilərlə görüşdü


  Ərdoğan Prezident Aparatında verilən iftar yeməyində Şəhid ailələri və qazilərlə görüşdü.
 
  İyulun 20-dən bu yana Türkiyədə və xaricdə 7 min 600 PKK terrorçusunun zərərsizləşdirildiyini, gizləndikləri yerlərin böyük bir hissəsinin məhv edildiyini və edilməkdə olduğunu vurğulayan Ərdoğan, terror problemini bu ölkənin gündəmindən qaldırana qədər mübarizəyə davam edəcəklərini, Türkiyənin terrorla mübarizəsinin bir əbədiyyət mübarizəsi olduğunu dedi.
 
 Terrora xaricdən dəstək məsələsinə də toxunan Ərdoğan: "Yüz il əvvəl minlərlə kilometr uzaqlardan fərqli millətlərin əsgərlərini Çanaqqala önlərinə gətirən səbəb bu gün  dünyanın hər  guşəsində terrorçuları təşkilatın sıralarında tutan səbəblə eynidir. O gün İstanbulu işğal etmə xəyalı ilə və 450 illik fasiləyə son vermək həsrətilə gələnlər, bu gün də terror təşkilatını eyni hədəf üçün maşa olaraq istifadə edirlər. Səlib yürüşlərinin, Monqol istilasının, Sevr müqaviləsinin yarımçıq qoyduğu işi bu dəfə terror təşkilatı vasitəsilə tamamlamaq istəyirlər. Bütün ideoloji fərqlilikləri kənara qoyaraq qanlı, bıçaqlı terror təşkilatlarını eyni dam altında birləşdirən səbəb budur" ifadələrini işlətdi.
 
 Ərdoğan bu gün də terror təşkilatından istifadə edənlərin 100 il əvvəl olduğu kimi məğlubiyyətə uğrayacaqlarını dedi.
 
 Şəhidliyin  ən uca zirvə olduğunu vurğulayan Ərdoğan:" Toprağa verdiyimiz hər bir şəhidimiz, gazilik mərtəbəsinə çatan hər bir qardaşımız dövlət və millət olaraq varlıq və birliyimizin, gələcəyimizin möhürü, kilididir" dedi.
 
 İstanbuldakı terror hücumunun insanlıqdan kənar olduğunu vurğulayan Ərdoğan: "Qurani Kərim bu tip insanları "belhum azal", yəni heyvandan daha aşağı - deyərək tərif edir" dedi.
 
 Ərdoğan hücumdan sonra sərgilənən mətanətin təslimiyyəti deyil, qətiyyəti ifadə etdiyini qeyd etdi.



Әlaqәli Xәbәrlәr