Xarici işlər naziri Türkiyənin şərtlərini açıqlayıb

Çavuşoğlu: "Avropa İttifaqının Türk vətəndaşlarına viza tətbiqinin ləğvindən imtina edəcəyi halda, Ankara  "Geri qəbul" müqaviləsini qüvvədən düşmüş hesab edəcək" deyib.

505801

"TRT Xəbər"-ə açıqlamasında  "Sərbəst viza" və "Geri Qəbul" müqavilələrinin qarşılıqlı olaraq tətbiq etmək istədiklərini vurğulayan Çavuşoğlu Avropa İttifaqının Türkiyəyə terrorla mübarizə qanununu dəyişdirməsi təklifi ilə bu prosesin dayandırıldığını bildirib.
 Aİ ilə davam etdirilən danışıqlarda atılacaq addımlara dair yol xəritəsi hazırlamağa çalışacaqlarını xatırladan Mövlud Çavuşoğlu deyib ki, bu proses ləngiyir. ""Geri qəbul" və "Sərbəst viza" müqavilələri birlikdə tətbiq olunmaq məqsədilə imzalanıb. Bu, bir təhdid, ya şantaj deyil. Sənədin biri imzalanmazsa, digəri də olmaz". 
 Xarici işlər naziri Türkiyənin Aİ üzvlüyü prosesindən imtina etmədiyini, prosesin xarici siyasətdə strateji məsələ olduğunu da vurğulayıb.

Әlaqәli Xәbәrlәr