Türkiyə bal istehsalında dünya üzrə ikinci oldu

Türkiyə balda brend yaradır.

505914
Türkiyə bal istehsalında dünya üzrə ikinci oldu

  Türkiyənin Meşə və Su İşləri naziri Veysel Eroğlu "Bal Meşələri Fəaliyyət Planı" çərçivəsində bu günə qədər 249 bal meşəsi salındığını və Türkiyənin bal istehsalında 6-cı yerdən 2-ci yerə yüksəldiyini bildirdi.
 
Eroğlu verdiyi yazılı açıqlamada 2016 və 2017-ci illərdə hər ildə 54, 2018 və 2019-cu illərdə hər ildə 60 meşə olmaqla, ümumilikdə 228 bal meşəsi salınacağı barədə məlumat verdi.
 
 Türkiyədə balın 80%-nin meşə içində və kənarlarındakı boşluqlarda istehsal olunduğunu bildirən Eroğlu: "Arıçılıq bioloji müxtəlifliyin qorunması və gələcək nəsillərə ötürülməsində, sabit ərzaq təhlükəsizliyi və eyni zamanda, torpaqlarımızın böyük bir hissəsini təhdid edən erroziyanın qarşısının alınması baxımından çox əhəmiyyətli bir fəaliyyətdir"dedi.
 
 Balda brend yaratmağın əhəmiyyətini vurğulayan Eroğlu arıçılara hər cür dəstək verməyə hazır olduqlarını diqqətə çatdırdı.



Әlaqәli Xәbәrlәr