Bahadır Kaleağası: "Aİ Türkiyənin terrorla mübarizədəki həssaslığını başa düşməlidir"

Türk Sənayeçiləri və İş Adamları Dərnəyi (TÜSİAD) Avropa İttifaqınınTürkiyənin terrorla mübarizədəki həssaslığını anlaması lazım olduğunu bildirdi.

506042
Bahadır Kaleağası: "Aİ Türkiyənin terrorla mübarizədəki həssaslığını başa düşməlidir"

 TÜSİAD-ın Beynəlxalq İşlər üzrə koordinatoru və Aİ İşləri üzrə nümayəndəsi  Bahadır Kaleağası Brüsseldə Aİ-Türkiyə əlaqələrini və sərbəst viza rejimi prosesinin dəyərləndirdi.
 
 Bahadır Kaleağası: "Türkiyə böyük fədakarlıqla 72 meyarın böyük əksəriyyətini yerinə yetirdi. Qalan meyarları da yerinə yetirmək yolundadır. Terrorun tərifi ilə bağlı problem yaşanır. Burada mütləq orta yol tapılmalıdır. Aİ Türkiyənin terrorla mübarizədəki heysiyyətini başa düşməlidir" dedi.
 
 Kaleağası sərbəst viza rejiminin gələn aydan etibarən tətbiq olunmasının nəzəri cəhətdən hələ mümkün olduğunu, Aİ və Türkiyənin bunun üçün ortak bir məxrəcə gəlməli olduqlarını söylədi.

Kaleağası sərbəst viza rejiminin Türk vətəndaşları üçün əhəmiyyətli bir məsələ olduğunu qeyd edərək: "Türkiyə vətəndaşlarının Avropa və dünyaya açılması ilə birlikdə Türkiyəyə iqtisadi, siyasi və ictimai rəqabət gücü də gəlir " dedi.
 



Әlaqәli Xәbәrlәr