Baş Qərargah Rəisliyi: “1000 terrorçu zərərsizləşdirilib”

Baş Qərargah Rəisliyi PKK-ya qarşı aparılan əməliyyatlar zamanı 1000 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

505077
Baş Qərargah Rəisliyi: “1000 terrorçu zərərsizləşdirilib”

Baş Qərargah Rəisliyi PKK-ya qarşı aparılan əməliyyatlar zamanı 1000 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

Bildirilir ki, terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlar çərçivəsində Mardinin Nusaybin qəsəbəsi 495 terrorçu zərərsizləşdirilib, 515 barrikada dağıdılıb, min 256 əldə düzəldilən  partlayıcı məhv edilib.

Açıqlamada deyilir ki, Şırnak əməliyyatında isə 505 terrorçu zərərsizləşdirilib, 238 barrikada dağıdılıb, min 566 partlayıcı məhv edilib.

Türk Silahlı Qüvvələri isə kəşfiyyat məlumatları əsasında İraqın şimalındakı Qəndil bölgələsində PKK-nın mövqelərini vurub.

Bu arada, Hakkarinin Yüksəkova qəsəbəsindən terror hücumları səbəbindən köç etmək məcburiyyətində qalan 30 min nəfər küçəyə çıxma qadağasının qismən aradan qaldırılmasından sonra geri dönüb.

Rayona qayıdan vətəndaşlardan evləri zərər çəkənlərə yardım ediləcək. 



Әlaqәli Xәbәrlәr