11 ayın sultanı Ramazan Türkiyədə ilk təravih namazı ilə başladı

Ramazana qovuşmanın sevinciylə möminlər ilk təravih namazını qılmaq üçün məscidləri doldurdu, birlik və bərabərlik üçün dualar edildi

504596
11 ayın sultanı Ramazan Türkiyədə ilk təravih namazı ilə başladı
mehmet görmez.jpg

  İstanbuldakı Eyüp Sultan məscidi istanbulluların yenə ilk seçdiyi yerlərdən biri oldu. Əllər səmaya açıldı, dualar edildi.

  Sultanahmet və Süleymaniye də təravih namazı həyəcanının dolub-daşdığı məscidlərdən idi.

  Türkiyə Diyanət İşləri başçısı Mehmet Görmez Ayasofyada TRT Diyanət kanalının “Bərəkət Vakti” sahur proqramına qonaq oldu, Ramazan ayı ilə bağlı danışdıqdan sonra hər kəsi Oruc açdığı münasibətilə təbrik etdi və belə söylədi: "Ramazanın həqiqətən müqəddəs bir qonaq olaraq hər birimizin evinə qonaq olmasını, bizi yaxşılığa doğru dəyişməsini, Rəbbimizlə aramızdakı əlaqəni düzəltməsini uca Allahdan niyaz edirik.”

  Ankarada isə vətəndaşlar Ramazanın ilk təravih namazını əda etmək üçün Hacı Bayram Vəli və Kocatepe Camiiərinə gəldi.

  Ramazan ayının başlamasıyla əlaqədar Balkan ölkələrində yaşayan müsəlmanlar da ilk təravih namazını qılmaq üçün məscidlərə getdi.

  Bosniya Herseqovinanın paytaxtı Sarayevoda artıq III Sarayevo Ramazan Festivalı başladı. Hər il təşkil edilən festivalda İslam mədəniyyəti və Ramazan ənənələri tanıdılır.

  Qüdsdəki müsəlmanlar isə Ramazan ayının ilk təravih namazını Əqsa məscidinin həyətində etdilər.

  Türkiyə ilə yanaşı bir çox ərəb ölkəsində də bu gün Ramazanın ilk günüdür.

  Qeyd edək ki, Ramazan ayı boyu bütün Türkiyədə yenə tədbirlər keçiriləcək, iftarlar veriləcək.



Әlaqәli Xәbәrlәr