“Dünyada soyqırımla bağlı ən son danışmalı ölkə Almaniyadır”, R.T.Ərdoğan

Almaniya kansleri Angela Merkelə də səslənən Ərdoğan deyib: "3-4 gün əvvəl deyir ki, “Əlimdən gələni edəcəyəm”. Sənin əlindən gələn parlamentdə səsverməyə qatılmamaqdırmı?"

504158
“Dünyada soyqırımla bağlı ən son danışmalı ölkə Almaniyadır”, R.T.Ərdoğan

  Türkiyənin keçmişində utanılacaq bir şeyi olmadığını bildirən edən Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan yalançı erməni iddialarını dəstəkləyən almaniyalı siyasətçilərə arxivləri açmaq çağırışı edib.

  Almaniya kansleri Angela Merkelə də səslənən Ərdoğan deyib: "3-4 gün əvvəl deyir ki, “Əlimdən gələni edəcəyəm”. Sənin əlindən gələn parlamentdə səsverməyə qatılmamaqdırmı? Əgər dürüst bir davranışın olsaydı, qatılardın. Bir xanım millət vəkili əleyhinə olmuş, ikinci rədd də sənin səsin olardı, mən də səni alqışlayardım… Almaniya öz etdiyi soyqırıma bir də baxsın. Namibiya qətliamını bir də nəzərdən keçirsin. Axmaq erməni iddialarına dəstək çıxan Almaniyanın Türkiyəyə belə bir ittihamı çox qəribədir… Əgər doğrusunuzsa, ey alman siyasətçiləri, sizə səslənirəm, biz bütün arxivlərimizi açdıq, siz də açın, birlikdə baxaq, qərar verək. Amma bunu edə bilməzsiniz. Çünki bu işə girdiyiniz zaman necə rəzil olacağınızı bilirsiniz".

  Ərdoğan onu da söyləyib ki, “Türkiyədə vətəndaş olmayan 50 min erməni var. Amma biz avropalılar kimi onları ölkələrinə göndərmirik, suriyalı sığınmaçılar kimi qucaq açırıq… Ya gündəmdəki məsələləri ədalətli bir şəkildə həll edəcəksiniz, ya da Türkiyə Avropanın problemlərinin qarşısında sədd olmaqdan çıxır və sizi dərdlərinizlə baş-başa buraxırıq... Biz sizdən bir şey istəyirik: “Dürüst olun".



Әlaqәli Xәbәrlәr