TBMM-nin Xarici İşlər Komissiyasının Birgə Bəyanatı

Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komussiyası tərəfindən Almaniya Federal Məclisinin 1915-ci il hadisələri barədə qətnamə layihəsi ilə əlaqədar birgə bəyanat qəbul edildi.

502597
TBMM-nin Xarici İşlər Komissiyasının Birgə Bəyanatı

 TBMM-NIN XARİCİ İŞLƏR KOMİSSİYASININ ƏDALƏT VƏ İNKİŞAF PARTİYASI, CÜMHURİYYƏT XALQ PARTİYASI VƏ MİLLİYYƏTÇİ HƏRƏKAT PARTİYASININ ÜZVLƏRİ TƏRƏFİNDƏN ALMANİYA FEDERAL MƏCLİSİNİN 1915-Ci İl HADİSƏLƏRİ BARƏDƏ QƏTNAMƏ LAYİHƏSİ İLƏ BAĞLI

                                         BİRGƏ BƏYANATI

 

 Almaniya Federal Məclisinin əsassız “erməni soyqırımı” iddialarını dəstəkləyən qərar layihəsinin 2 iyun 2016-cı il tarixində səsverməyə çıxaracağı barədə xəbəri təəssüflə qarşıladıq . 1915-ci il hadisələri haqqında tarixi həqiqətləri təhrif edən və hüquqi əsaslara malik olmayan layihəni şiddətlə qınayır və rədd edirik.

 101 il əvvəl, Birinci Dünya Müharibəsinin xüsusi şərtləri altında baş verən , həm Türklərin, həm də ermənilərin böyük bəlalar yaşamasına səbəb olan hadisələrin tərəfli, təhrif edilmiş və müxtəlif subyektiv siyasi motivlərdən çıxış edərək "soyqırım” kimi təqdimi heç  bir vəchlə qəbul edilə bilməz. Sözügedən hadisələrin günümüzdə siyasiləşdirilməsinin  və istismar edilməsinin ən pis nümunələrindən biri olan bu layihədəki “Almaniyanın üzərinə xüsusi tarixi məsuliyyət götürməsi" və "keçmişin yaratdığı uçurumları dəf edərək  sülh və anlaşma yollarının tapılması istiqamətində Türkləri və erməniləri dəstəkləmə" kimi gülünc izahlar isə əsla inandırcı deyil.

 Soyqırım siyasi məqsədlərlə istifadə edilə biləcək bir anlayış deyil, beynəlxalq hüquqda açıq tərifi olan, qəti şəkildə törədilmiş bir cinayətdir. 1915-ci il hadisələrinin "soyqırım" olduğuna dair səlahiyyətli bir məhkəmə qərarı olmadığı kimi, bu məsələdə hər hansı bir razılaşmanın varlığından bəhs etməyin də mümkün olmadığı, Avropa İnsan Hüquqları Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli Pərinçək/İsveçrə Məhkəməsinin qərarı ilə də  təsdiq edilmişdir. Beynəlxalq hüquqa və Avropa hüquqi əsaslarına zidd olaraq Almaniya Federal Məclisinin 1915-ci il hadisələrinə dair mübahisə edilməz bir rəsmi görüş nümayiş etdirməsi faktı barədə alman xalqının da gec, və ya tez hesabat tələb edəcəyinə inanırıq.

Federal Məclisin təmsil etdiyi insanlar arasında olan yüz minlərlə Türk əsilli Almaniya vətəndaşının fikirlərini və yaddaşını heçə sayaraq tarixin bu növ təhrif edilmiş şərhini təhsil sistemi vasitəsilə gənc nəsillərə təkidlə qəbul etdirmək çağırışı da, fikir və söz azadlığının inkar olunmasıdır. Layihədə göstərilən "Türk mənşəli vətəndaşların uyğunlaşmasına töhfə verəcək" əsaslandırılmas ıilə Almaniyada 3 milyonluq Türk cəmiyyətinin mənliyinin bu şəkildə yaralanmasına cəhd göstərilməsi izah olunabilməz bir faktdır.  Əksinə, bu haqsız və hüquqa zidd təşəbbüsün Türklərlə almanlar arasına ayırıcı bir təsiri olacaqdır.

 Əsrlərlə sülh şəraitində yaşamış iki millətin və indi qonşu olan iki dövlətin dostluq və əməkdaşlıq içində ortaq bir gələcəyə doğru irəliləməsi “tarixə ədalətli yanaşma” prinsipinin tətbiqi ilə mümkündür. Türkiyə Böyük Millət Məclisi 2005-ci ildə yekdilliklə qəbul etdiyi bəyannamədə bu mövqeyi qəbul etmiş və tarixdə baş verənlərin sərbəst araşdırılması və ortaq məxrəcin əldə olunması üçün hər kəsə aydın və elmi əsaslarla  işləyəcək Ortaq Tarix Komissiyasının fəaliyyəti ilə bu insani əzabların bütün istiqamətlərinin işıqlandırılmasını dəstəkləmişdir. Almaniya Federal Məclisi Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsinə xidmət etmək məsələsində səmimidirsə, o zaman bu təşəbbüsə dəstək verməlidir. Lakin sözügedən qərar layihəsi gələcək nəsillərə qərəz, düşmənçilik və qisas duyğularını miras qoymaqdan başqa heç bir məqsədə xidmət etmir. Federal Məclisin "tarixi məsuliyyəti" tarixi təhrif edərək, uçurumları dərinləşdirərək deyil, tarixi həqiqətlərin üzə çıxarılmasını dəstəkləyərək üzərinə götürməsi gözlənilir.

Nəticədə demək istəyirik ki, Türkiyə ilə Almaniyanın dostluq və müttəfiqlik münasibətlərinə zərər verəcəyindən narahat olduğumuz bu layihənin Federal Məclisdən  keçməməsi sağlam düşüncənin qalibiyyətinin ən mühüm göstəricisi olacaqdır.

 



Әlaqәli Xәbәrlәr