Ö. Çelik: ''Türkiyə terrorla mübarizə qanununu dəyişdirməyəcək''

Avropa İttifaqı üzrə nazir  Ömər Çelik türk vətəndaşlarına Aİ-na  üzv ölkələrə səyahətlərinə sərbəst viza verilməsi üçün Birliyin Türkiyənin terrorla mübarizə qanununda dəyişiklik etməsini istədiyini, ancaq Ankaranın belə bir addım atmayacağlnı söyləyib.

502534

Brüssel görüşləri ilə bağlı mətbuat konfransı keçirən Çelik Türkiyənin ciddi terror hücumlarına məruz qaldığını bildirərək, belə bir vəziyyətdə Birliyin şərtlərinin qəbuledilməz olduğunu bəyan edib. “ Almaniya, Fransanın Suriya ilə sərhədi olsa, hansı tədbirlər görərdi? Terrora qarşı atdığımız addımların da əsas məqsədi mülki əhalinin canını, malıni qorumaqdır”-, deyə Çelik əlavə edib.

Әlaqәli Xәbәrlәr