“DAEŞ-ə qarşı mübarizədə Türkiyə ilə birlikdəyik”, C.Kirbi

M.Çavuşoğlu: “PYD-nin məqsədinin Suriyada torpaqlar ələ keçirmək olduğu halda, ABŞ bu terror təşkilatları ilə iş birliyi qurur”

501902
“DAEŞ-ə qarşı mübarizədə Türkiyə ilə birlikdəyik”, C.Kirbi

  “Amerika Birləşmiş Ştatları, müttəfiq olan bütün ölkələrlə olduğu kimi, DAEŞ-ə qarşı mübarizədə Türkiyə ilə birlikdə addımlar atmaqda davam edəcək”. Bunu ABŞ Dövlət Departamentinin sözcüsü Con Kirbi keçirdiyi mətbuat konfransında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “PYD-nin məqsədinin Suriyada torpaqlar ələ keçirmək olduğu halda, ABŞ bu terror təşkilatları ilə iş birliyi qurur” açıqlamasına münasibət bildirərkən deyib.

  Ankaranın bölgədə önəmli bir tərəfdaş və güçlü NATO müttəfiqi olduğuna diqqət çəkən Kirbi qeyd edib ki, “DAEŞ Türkiyə sərhədlərində təhlükədir. Türkiyənin  DAEŞ-ə qarşı apardığı əməliyyatlardan Birləşmiş Ştatların məmnundur. Qəbul edirik ki, DAEŞ Türkiyə üçün problemdir”.

  Suriyada DAEŞ-lə mübarizə məsələsində Türkiyə ilə eyni mövqedən çıxış etdiklərini, ancaq Suriya Demokratik Qüvvələrini dəstəkləməyə də davam edəcəklərini bildirən Kirbi bu güclərin sadəcə kürdlərdən ibarət olmadığını söyləyib.

  Kirbi "Türkiyə əsgərləri İraqdan çıxmalıdır”' kimi çağırışlara da toxunaraq qeyd edib ki, bu məsələ Ankara ilə Bağdad arasında çözülə bilər, bu, onların öz işidir”.



Әlaqәli Xәbәrlәr