Türkiyə HHQ PKK və DAEŞ mövqelərini vurub

Türk Silahlı Qüvvələri İraqın şimalındə PKK terror təşkilatının və Suriyanın Hələb şəhərində isə DAEŞ-in mövqelərinə hava zərbələri endirib.

500316
Türkiyə HHQ PKK və DAEŞ mövqelərini vurub

Türk Silahlı Qüvvələri İraqın şimalındə PKK terror təşkilatının və Suriyanın Hələb şəhərində isə DAEŞ-in mövqelərinə hava zərbələri endirib.

Hələbin şimalında terror təşkilatı DAEŞ-in müəyyən edilən 58 mövqeyinə raket qurğularından atəş açılıb. İlkin məlumata görə, 28 terrorçu zərərsizləşdirilib.

Əməliyyatda terrorçulara aid bomba yüklü iki maşın da məhv edilib.

Ötən axşam Türk Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Mətinə bölgəsinə təşkil etdiyi əməliyyatlarda PKK terror təşkilatının 5 mövqeyinə aviasiya zərbəsi endirib.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından verilən məlumata görə, türk qırıcıları əməliyyatı uğurla baş çatdırandan sonra bazalarına qayıdıb.



Әlaqәli Xәbәrlәr