İstanbulun fәthinin 563-cü ildönümü coşğu ilә qeyd olunub

Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan  Yenikapı mitinq  meydanında  "Yenidən Dirçəliş Yenidən Yüksəliş"  adlı  tədbirdə әhәmiyyәtli  mesajlar verib.

500074
İstanbulun fәthinin 563-cü ildönümü  coşğu ilә qeyd olunub

Türkiyәnin dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğan  Yenikapı mitinq  meydanında  "Yenidən Dirçəliş Yenidən Yüksəliş"  adlı  tədbirdə әhәmiyyәtli  mesajlar verib.

 "Güclü Türkiyəni  istəmirlərә  qarşı  bir olacağıq" deyən dövlәt başçısı  Suriyadakı  siyası tәşkilatlanmaya  yönәlmiş dәstәyә  diqqət çəkib.

 ‘‘Rusiyanın vә İranın orda nә işi var.  Amerika əsgərlərinin orda nә işi var " deyәn  Ərdoğan  regionda güclü  Türkiyənin istəmədiyini ancaq  Türkiyənin  bütün bu oyunları pozmaq üçün hər sahədə öz hazırlıqlarını həyata keçirməyə  davam edəcəyini vurğulayıb.

 Məclis sədri İsmayıl Kahraman da öz növbәsindә  Fatih Sultan Mehmet Xanın   altı dil bilәn alim, riyazıyatçı, mahir ox atan   vә şair olduğunu bildirib.  O, Fatih Sultan Mehmedin  mәşhur   padşah  olduğunu qeyd edib.

Baş nazir Binalı Yıldırım isə fəthin millətə xidmət etmək olduğunu vurğulayıb.

Fatih Sultan Mehmet  Xanın İstanbulu fəth etmək üçün gəmiləri quru yolu ilә daşıdığını  vurğulayan Yıldırım özlərinin də qatarları, avtomobilləri dənizin altından keçirərək Marmara və Avrasiya layihələri ilә  iki qitəni bir-birinə bağladığını  qeyd edib.



Әlaqәli Xәbәrlәr